Xəbər verdiyimiz kimi, aşıq Namiq Fərhadoğlu avtoqəzaya uğrayıb.
Yenisabah.az müğənni ilə əlaqə yaradaraq, hadisənin təfərrüatını öyrənib.
N.Fərhadoğlu avtomobilinə külli miqdarda ziyan dəydiyini bildirib: pizza mizza
“Çox şükür, özüm yaxşıyam, amma maşınımın 5000 manat dəyərində ziyanı olub. Sığortam onun maşınını təmir etməyə yetərli olsa da, avtomobilim ikiqat zərər görüb”.
Aşıq hadisənin necə baş verdiyini belə açıqlayıb:
“Yanımdakı şəxsin başı ön aynaya (padpres) dəyərək əzilmişdi, amma şükür ki, özü yaxşıdır. Mənim isə heç bir xəsarətim yoxdur. Qəzada əzilən dostumuz da yaxşı vəziyyətdədir. Mən köməkçi yoldan çıxırdım, o isə əsas yoldan sürətlə keçərək maşınımı vurdu”.
Aytac Şahin
Telegram kanalımız