Aşıq Namiq Ümrə ziyarətindən paylaşdığı, insanların da qınağına səbəb olan məlum videosu ilə bağlı Yenisabah.az-a danışıb.
Nigeriyalı zəvvara "Salam, Bakı! Qarabağ Azərbaycandır! Allah Azərbaycanı qorusun!" söylətməsi ilə əlaqədar izləyicilərin təhqir və tənqidinə məruz qalan aşıq saytımıza bunları deyib:
"Ziyarətim davam edir. Allah hər kəsə bu gözəl ziyarətdən qismət eləsin. Kim nə yazır, özü bilər. Boş söhbətlərə, qeybətlərə cavab verməyə vaxtım yoxdur. Qeybət eləmək olmaz. Hər şeyi Cənabı-Allah görür. Allahım haqqımda boş-boş yazanlardan deyil, məndən razı olsun! Allah sizə də bu gözəl yerləri ziyarət etməyi nəsib etsin!" Dominos pizza
İzləyicilər sözügedən videoda aşığı qeyri-səmimi olmaqda və təkəbbürlülüklə digər zəvvara münasibətindən dolayı qınamışdı. Sənətçi videosunu instaqram hesabından silib.
İmamət İSMAYILOVA
Telegram kanalımız