Astarada saxta araqlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Astarada saxta araqlar aşkarlandı

Sosial

11 Dekabr 2025 16:28 672


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Astara rayonunun Pensər kəndində Şərafət Nəcəfovaya məxsus marketdə yoxlama aparıblar.

"Yeni Sabah" xəbər verir ki, marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və ”Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!