Astarada yaşayış evi yanıb kül oldu -   Video

saytların hazırlanması

Evə çatdırılma

Astarada yaşayış evi yanıb kül oldu - Video

Hadisə

25 Noyabr 2019 19:27 1144


Astarada yanğın hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Ovala kəndində baş verib.

Kənd sakini Bəylər Məcidova məxsus evdə yanğın baş verib. Əsasən taxta konstruksiyadan ibarət olan üç otaqlı yaşayış evi tamamilə yanaraq kül olub. Yanğın zamanı ev sahibəsi və üç uşağı evdə olub. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb. pizza sifarişi

Bildirilir ki, ev qəfil alovlandığından ailə üzvləri evi tərk edərək qonşuları köməyə çağırıblar. Lakin yanğın evi əhatə etdiyindən alovu söndürmək mümkün olmayıb.

Hadisənin qısaqapanmadan baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır. /report

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!