Astarada yeniyetmə boğuldu

saytların hazırlanması

Evə çatdırılma

Astarada yeniyetmə boğuldu

Hadisə

03 İyul 2025 21:46 457


Astarada 15 yaşlı yeniyetmə boğularaq ölüb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsindəki su anbarının ərazisində baş verib.

Belə ki, 15 yaşlı Murad Ramin oğlu Ağazadə qəsəbə ərazisindəki “Lovain” su anbarına düşərək boğulub. Yeniyetmənin cansız bədəni sudan çıxarılıb. Bədbəxt gadisənin ehtiyyatsızlıqdan baş verdiyi deyilir. Toyuqlu pizza

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!