AstraZeneca peyvəndinin faydaları risklərdən daha çoxdur 

saytların hazırlanması

Evə çatdırılma

AstraZeneca peyvəndinin faydaları risklərdən daha çoxdur 

Sağlamlıq

20 Mart 2021 08:07 870


"AstraZeneca" şirkətinin koronavirusa qarşı istehsal etdiyi peyvəndlə vaksinasiya olunmağın faydaları risklərdən daha çoxdur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Peyvəndlərin Təhlükəsizliyi üzrə Konsultativ Komitəsinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "AstraZeneca"nın COVİD-19-a qarşı peyvəndi, "Covishield" peyvəndi də daxil olmaqla faydalar və risklər baxımından müsbət profil göstərməyə davam edir və dünyada infeksiyanın qarşısını almaq və ölüm hallarını azaltmaq üçün böyük potensiala malikdir". Toyuqlu pizza

Qeyd edilir ki, Komitə "AstraZeneca" peyvəndi ilə bağlı bir sıra Avropa ölkəsi, həmçinin Hindistan və digər ölkələrdən daxil olan məlumatları nəzərdən keçirib: "Vaksinasiyadan sonra tromboembolik hadisələrin sayı gözlənilən saya uyğundur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!