“Bir balaca ağlı olan, prosesləri müşahidə edən insan üçün aydındır nə baş verir. "Bəxtiyar Hacıyev Paşinyana sual verdi, ictimaiyyət təqdir etdi, qarşısını almaq cəhdləri uğursuz oldu, davay, göndərək Ata Abdullayevi, şüvən salsın, beləcə də bütün yaxşı şeylər kimi bu fəaliyyətlərin də içinə kaka edək, heç kim daha belə şeylər edib, özünü Ata ilə müqayisə etdirməsin". Kaka elədilər də”.
“Yeni Sabah” xəbər verir ki, bunu ictimai fəal Bəxtiyar Hacıyev deyib. O, bildirib ki, necə ki, yanvar-mart aylarında prezidentlə bağlı "islahatlara başlayıb" fikri yayılanda, 50-dən çox siyasi məhbus azadlığa buraxılanda birdən-birə Ata Abdullayev Vyanada prezidentin olduğu binaya düşdü, onunla fotosu çəkildi, dərhal da bütün tənqidçilərin inboxuna göndərildi ki, "bu da sizin islahatçınız" fikri yayılsın.
“Mənə "Bəxtiyar gərək orada aqressiv olardı, Paşinyanı sual atəşinə tutub, moizəsini dinləməzdi, ona pas verdi" kimi mənasız iradlar bildirən ağzıgöyçəklər gördülər dünən "iş"lərinin nəticəsini. Əgər mənimlə Paşinyan arasında söhbətdən sonra Paşinyan fırlanıb, gəlib, mənimlə görüşdüsə, auditoriyadakılar bizi sivil, mədəni, yeri gələndə qələm uzadaraq da olsa, incə jest edən xalq kimi tanıdılarsa, dünən bütün erməni saytları Ata timsalında Azərbaycan xalqını səviyyəsiz, ədəbsiz, tərbiyəsiz, şüvən xalq kimi təqdim etdi. pizza sifarişi
Nəhayət, Ata Paşinyana iki böyük pas atdı ki, Paşinyan Azərbaycanın eks prezidenti A.Mütəllibovun ağzından "Xocalı qətliamını özünüz törətmisiniz" desin və Azərbaycanın indiki prezidenti barədə "onun olduğu yerə erməni yaxınlaşıb, sual verə bilməz" fikrini səsləndirsin.
Ata və onu ora göndərənlər dünən Azərbaycana, Azərbaycan xalqına, Azərbaycanın nüfuzuna və gələcəyimizə böyük bir zərbə vurdular. Onu və onun ağılda, mədəniyyətdə, əxlaqda olan adamları adam içinə çıxaranlar da elə o ağıldadır.
Bu gün on minlərlə gənclər layiq olduqları yerlərdə deyilsə, bu onların günahları deyil. Bu, bir çoxlarının layiq olduqları yerlərdən yuxarılarda olmasının nəticəsidir. Ata və onu ora göndərənlərin olduğu kimi”.
Telegram kanalımız