Ata, ana və övladı qəzada həlak oldu: İsmayıllıda faciə - Video

saytların hazırlanması

Evə çatdırılma

Ata, ana və övladı qəzada həlak oldu: İsmayıllıda faciə - Video

Kriminal

26 Yanvar 2020 10:56 3512


Turistlərin düşdüyü qəza ilə bağlı yeni detallar məlum olub.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hər iki avtomobil zərbənin təsiri nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı “VAZ 2106”-da olan ana və ata hadisə yerində, bir övladı isə xəstəxanada ölüb.

Qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb. Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb. pizza mizza

Qəza zanmanı xəsarət alan şəxslər, Bakı sakinləri -1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər yaralıların təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparıldığı bildirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!