“Atam bizi çıxardı, özü orada qalıb döyüşdü” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Atam bizi çıxardı, özü orada qalıb döyüşdü” - Video

Sosial

27 Mart 2024 23:02 706


Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib.

Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər. Dominos pizza

“32 il bundan öncə atam Xocalıda döyüşərkən şəhid oldu. Atam bizi - qardaşımı, anamı və məni çıxardı, özü orada qalıb döyüşdü”, - deyə şəhidin oğlu deyib.

Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci il fevralın 26-da itkin düşüb. Ailəli idi, 2 övladı var.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!