Qırğızıstanda ölkənin keçmiş prezidenti Almazbek Atambayevin evinə silahlı hücum edilib.
“Yeni Sabah” xəbər verir ki, hücumu xüsusi təyinatlılar həyata keçirib. Məqsəd keçmiş prezidenti həbs etmək olub.
Amma keçmiş prezidentin tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb, silahlardan atış açılıb. 10 nəfər yaralanıb. Toyuqlu pizza
Atambayevə qarşı onun törətdiyi müxtəlif cinayətlərlə bağlı ittihamlar irəli sürüb. O, əsasən korrupsiyada, torpaqların qanunsuz zəbt olunmasında və digər cinayətlərdə günahlandırılır.
A. Atambayev 2011-2017-ci illərdə prezident olub.
Telegram kanalımız