Atambayevin televiziya kanalının əmlakına həbs qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Atambayevin televiziya kanalının əmlakına həbs qoyuldu

Dünya

10 Avqust 2019 11:44 1382


Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin nəzarət etdiyi “Apral” televiziya kanalının əmlakına həbs qoyulub.

"Yeni Sabah" "Azərtac"a istinadən xəbər verir ki, iki gün əvvəl televiziya kanalının efirə çıxmasına da qadağa qoyulub.

Xatırladırıq ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsində saxlanılması ilə bağlı qərar qəbul edilib. Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad olunması, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olma və digər maddələrlə ittiham olunur. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!