Atası ölümcül xəstə olan oğlu üçün dərman yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Atası ölümcül xəstə olan oğlu üçün dərman yaratdı

Maraqlı

17 Oktyabr 2021 13:49 1245


Ölümcül Menkes xəstəliyindən əziyyət çəkən Çindən olan oğlanın atası onun üçün dərman yaradıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti xəbər verib.

Menkes xəstəliyi böyümənin ləngiməsinə, sinir sistemindəki pozğunluqlara və saçların xarakterik qıvrılmasına səbəb olan ölümcül xəstəlikdir. Dominos pizza

Syu Vey adlı kişi oğlunun Menkes xəstəliyi haqqında öyrəndikdən sonra, tək başına eksperimental dərman - histidin mis amin turşusunu sintez edə bilib. Dərman haqqında Syu Vey internet tərcüməçisi vasitəsilə Amerika araşdırma jurnallarını oxuyaraq öyrənib.

Yalnız orta təhsili olan S.Vey əczaçılıq məhsulları istehsal etməyi və keyfiyyətə nəzarət etməyi öyrənməsinə imkan verən dövlət universitet kurslarına yazılıb.

Əvvəlcə siçovullarda, sonra da özündə dərmanı sınayan ata onu oğluna vurdu. Xəstəxanada aparılan müayinə, dərmanın uşağa kömək etdiyini göstərib. (modern.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!