Atasını öldürən oğulun məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

Atasını öldürən oğulun məhkəməsi başlayır

Kriminal

09 Mart 2020 17:35 744


Gəncədə atasını öldürən oğulun məhkəməsi başlayır. 

“Yenisabah”ın məlumatına görə, mart ayının 12-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Dadaşov Yusif Mübariz oğlunun məhkəməsinin hazırlıq iclası baş tutacaq. 

Xatırladaq ki, ötən ilin noyabr ayında Gəncə şəhər Dəmiryolu, 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb. Yusif Dadaşov cinayəti törədərkən sərxoş olub. Belə ki, oğul fəhlə, atası isə usta işləyib. Mərhum evə içkili halda gələn oğluna “piyansan, get yat, sabah işə gedəcəksən” deyib. Sərxoş halda atasına cavab qaytaran şəxs daha sonra mübahisənin uzanması ilə onu bıçaqlayaraq öldürüb.  Toyuqlu pizza

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən Dadaşov saxlanılıb. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!