ATƏT-in yeni rəhbəri koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

ATƏT-in yeni rəhbəri koronavirusa yoluxdu

Maraqlı

20 Yanvar 2022 13:08 523


ATƏT-ə rəhbərlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau koronavirusa yoluxub. Bu səbəbdən o, İspaniya və Maltaya səfərlərini ləğv etmək məcburiyyətində qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukas Yasina özünün “Twitter” hesabından xəbər verib.

Bildirilir ki, polşalı diplomat bir müddət təcrid vəziyyətində olacaq, öz vəzifələrini isə belə bir vəziyyət üçün nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq yerinə yetirəcək. Marqarita pizza

“O, özünü yaxşı hiss edir və mövcud qaydalara uyğun olaraq təcrid olunur”, - deyə məlumata əlavə edilib.

Qurumdan bildirilib ki, nazir daha əvvəl koronavirusa qarşı üç dəfə peyvənd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!