“Atletiko” oyunu, “Real” turu qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Atletiko” oyunu, “Real” turu qazandı

İdman

13 Mart 2025 09:21 221


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Atletiko Madrid” evində “Real Madrid”i qəbul edib. Oyun gərgin mübarizə şəraitində keçib.

Yenisabah.az xəbər verir ki, matçda yeganə qolu 26-cı dəqiqədə meydan sahiblərinin heyətində Konor Qallaqer vurub. Əsas vaxtda başqa qol olmayıb və görüş bu hesabla yekunlaşıb.

Penaltilər seriyasında isə baxt “kral klubundan” yana olub. 11 metrlik zərbələrdə rəqibindən 4-2 üstün olan “Real” adını növbəti mərhələyə yazdırıb. 1/4 finalda “Real Madrid”in rəqibi “Arsenal” olacaq. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!