İspaniya La Liqasının 27-ci turunda “Atletiko Madrid” səfərdə “Xetafe”nin qonağı olub. Çempionluq mübarizə aparan madridlilər gözlənilməz şəkildə matçdan məğlub ayrılıb.
Yenisabah.az xəbər verir ki, oyunda bütün qollar ikinci hissədə gəlib. 75-ci dəqiqədə Aleksandr Sörlotun penalti qolu ilə önə keçən qonaqlar 88-ci dəqiqədə qapılarında cavab topunu görüblər. Oyuna əlavə edilmiş 2-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuran Arambarri “Xetafe”yə qələbəni gətirib.
Bu nəticə ilə “Xetafe” xallarının sayını 33-ə yüksəldib. “Atletiko Madrid” isə 56 xalda qalıb. Madridlilər liqada 24 oyundan sonra ilk dəfə məğlu olub. Dördpendirli pizza
Telegram kanalımız