Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
“Yeni Sabah” xəbər verir ki, 73 kq çəkidə çıxış edən Elşad Şərifov da yaşı 23-ə qədər olan atletlərin mübarizəsində şansını sınayıb. Atlet birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub. Şərifov təkanla qaldırma hərəkətində 160 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb.
İdmançımız toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub. Dördpendirli pizza
Qeyd edək ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.
Telegram kanalımız