Avqustun sonunda Bakıda kirayə evlərin qiyməti qalxacaq

saytların hazırlanması

Evə çatdırılma

Avqustun sonunda Bakıda kirayə evlərin qiyməti qalxacaq

Sosial

13 İyun 2019 13:17 1200


“Kirayə mənzil bazarında may ayının yekununa görə, qiymətlər 1%-dən bir qədər çox artıb. Amma bu gün artım yoxdur”. 

Bu sözləri “Yeni Sabah”a kirayə mənzil bazarındakı qiymətlərlə bağlı danışan daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, bunun səbəbi hələ ki, tələbə axınının olmamasıdır:

“Şəhərdən regionlara tələbə axını var. Adətən avqustun 20-nə qədər belə olur. 20-dən sonra isə Bakı şəhərinə axın olanda  təbii ki, qiymətlərin artımı müşahidə olunur. Avqustun sonu sentyabr aylarında 2017-ci ildə 8%, ötən il isə 12% qiymət artımı olmuşdu. Hələ ki, artım yoxdur”. pizza hut

Ekspert evlərin hansı qiymətə təklif olunmasını da deyib:

“Hazırda evlərin bir kvadrat metri 8,4 manatdır. Şəhərin yaxşı yerlərində 3 otaqlı sovetdən qalma, “xuruşovka”larda qiymətlər 400-500 manat arasında dəyişir. İkiotaqlılar 300-350 manata, 1 otaqlı mənzillər isə 250-300 manata təklif olunur. Qiymətlər oynayır. Avqustun sonu sentyabrın əvvəlində qiymətlər qalxacaq”.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!