UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun rəmzi komandasını açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, ən yaxşı oyunçular arasında “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintananın da adı yer alıb.
Qapıçı: Plamen İliev (“Lüdoqorets”, Bolqarıstan) Toyuqlu pizza
Müdafiəçilər: Boli Bolinyoli (“Seltik”), Rafael Forster (“Lüdoqorets”), Evan Ndika (“Ayntraxt”), Kiran Tirni (“Arsenal”)
Yarımmüdafiəçilər: Məhəmməd Elyunussi (“Seltik”), Dani Kintana (“Qarabağ”), Bruno Fernandeş (“Sportinq”), Qabriel Martinelli (“Arsenal”)
Hücumçular: Donyel Malen (PSV), Umar Sadiq (“Partizan”)
Xatırladaq ki, Kintana "Qarabağ"ın "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldiyi matçda 80 dəqiqə meydanda olub, 1 qol, 1 məhsuldar ötürmə, 2 açar ötürmə, 44 uğurlu ötürmə, 2 uzun ötürmə cəhdi (hər ikisi uğurlu), 2 real qol şansı yaratma, 2 driblinq cəhdi (hər ikisi uğurlu), 10 ikili mübarizə epizodu (8-i uğurlu), 4 rəqibdən top oğurlama ilə yadda qalıb.
Telegram kanalımız