Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli oldu

Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli oldu

İdman Veb saytların hazırlanması

29 May 2019 12:45 1133


İspaniyanın Pontevedra şəhərində güləş üzrə gənclərin Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərindən Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Niyaz Ərzumanov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Sərxan Məmmədov (130 kq) qitə birinciliyində qüvvəsini sınayacaq. 

Qadın güləşçilərdən Şəhanə Nəzərova (50 kq), Ayşən Yusifova (53 kq) və Jalə Əliyeva (62 kq) məşqçi İsaməddin Hüseynovun tapşırıqlarını yerinə yetirməyə çalışacaq. 

Böyük məşqçi Rövşən Hacıyev və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında sərbəst güləşçilərdən Azər Əhmədov (57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (65 kq), Elmar Kazımov (70 kq), Nəsib İsayev (74 kq), Abubakr Abakarov (79 kq), Fuad Mailov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və İslam Abuyev (125 kq) uğur qazanmağa cəhd göstərəcək. 

Qitə birinciliyində beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq. 

Qeyd edək ki, iyunun 3 - 5-də yunan-Roma güləşçiləri, iyunun 5-7-də qadın güləşçilər, iyunun 7 - 9-da sərbəst güləşçilər mübarizə aparacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!