Avropa İttifaqı Ermənistana 2 illik missiya göndərir

saytların hazırlanması

Evə çatdırılma

Avropa İttifaqı Ermənistana 2 illik missiya göndərir

Rəsmi

17 Yanvar 2023 11:46 940


Avropa İttifaqı bu dəfə Ermənistana iki ay deyil, ən azı iki il müddətinə yeni müşahidə missiyası göndərmək niyyətindədir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “AzadlıqRadiosu”nun erməni xidməti - “Azatutyun” öz mənbələrinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən ötən həftə, dünən isə Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi tərəfindən təsdiqlənib. Nəşrin məlumatına görə, yeni missiyaya 200-ə yaxın avropalı mütəxəssis daxil olacaq.  pizza mizza

Qeyd edək ki, ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfə avropalı müşahidəçi Ermənistanın bütün ərazisini patrul edəcək. Bildirilir ki, əvvəlki missiyada olduğu kimi, bu dəfə də onlar silahsız olacaqlar. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!