Avropa ölkələri ABŞ-ın sülh planında 4 dəyişiklik tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Avropa ölkələri ABŞ-ın sülh planında 4 dəyişiklik tələb edir

Siyasət

22 Noyabr 2025 19:50 838


Avropanın aparıcı dövlətlərinin liderləri hesab edirlər ki, ABŞ-ın Ukrayna ilə bağlı sülh planının ən azı dörd bəndi dəyişiklik tələb edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, onlar Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində suverenliyinin tanınması təkliflərindən narazıdırlar. pizza

Bundan başqa, liderlər Ukrayna ordusunun mümkün ixtisarını, təhlükəsizlik təminatlarını və dondurulmuş Rusiya aktivlərinin istifadəsini problemli hesab edir, hətta bunları ABŞ-la müzakirə etmək niyyətindədirlər.

“Bild” əlavə olaraq vurğulayıb ki, aktivlərlə bağlı ABŞ-ın təklifləri Almaniya kansleri Fridrix Merzdə xüsusi narazılıq yaradıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!