Avstraliyadakı yanğınların daha bir səbəbi bilindi – Yırtıcı yanğın quşları

saytların hazırlanması

Evə çatdırılma

Avstraliyadakı yanğınların daha bir səbəbi bilindi – Yırtıcı yanğın quşları

Dünya

11 Yanvar 2020 08:11 1233


Avstraliyadakı yanğınların geniş ərazilərə yayılmasının daha bir səbəbi üzə çıxıb.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, yanğını əhali arasında “balaca əjdəhalar” kimi tanınan quşların - çalağanların yaydığı məlum olub.

Bu quşlar yanğın zamanı yanan budaqları qırıb, pəncə və dimdikləri ilə yanğın olmayan ərazilərə aparır, qəsddən yanğını yayırlar. Dominos pizza

Coğrafiyaçı Mark Bonta bildirib ki, bu ilk dəfə görülən bir şey deyil.

“Quşların belə etməsinə səbəb öz ovlarını gizləndikləri yerlərdən çıxartmaqdır. Buna görə də yanan budaqları yanğın olmayan yerlərə aparırlar. Beləliklə bu quşlar qaçan və ya yanan heyvanları yeyirlər”. 

Bu barədə araşdırmanın nəticələri nüfuzlu “Journal of Ethnobioloogy” nəşrində dərc olunub.

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!