Avtobus istehsalı ƏDV və gömrük rüsumlarından azad ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Avtobus istehsalı ƏDV və gömrük rüsumlarından azad ediləcək

İqtisadiyyat

27 Noyabr 2024 13:37 971


Azərbaycanda istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, bu qayda 2025-ci il yanvarın 1-dən 8 il müddətinə tətbiq olunacaq. Sezar pizza

Vergi Məcəlləsinin 164.1.41-3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən, Azərbaycan ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilib.

Avtomobil sənayesinə investisiya cəlbinin stimullaşdırılması məqsədilə müvafiq azadolmanın ölkə ərazisində avtobus istehsalına da şamil olunması təklif olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!