Avtobusda DAVA -   Erməni terrorçunun köynəyini geyindi, ara qarışdı

saytların hazırlanması

Evə çatdırılma

Avtobusda DAVA - Erməni terrorçunun köynəyini geyindi, ara qarışdı

Dünya

07 Yanvar 2020 08:05 1863


Almaniya polisi erməni terrorçu Monte Melkolyanın şəkili olan köynəyi geyinən şəxsi avtobusdan düşürüb.

“Yeni Sabah” xəbər verir ki, “Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, buna səbəb onunla bir avtobusda səyahət edən 34 yaşlı Azərbaycan vətəndaşının polisə şikayət etməsi olub.

Belə ki, Almaniyanın Bonn şəhərindən paytaxt Berlinə gedən avtobusa minən 25 yaşlı erməni Azərbaycan vətəndaşının telefonla danışığını eşidəndən sonra erməni terrorçu, Qarabağ döyüşlərində yüzlərlə azərbaycanlı mülki əhalini amansızcasına qətlə yetirən terrorçu Monte Melkolyanın şəkili olan köynəyi geyinib. pizza hut

Köln hava limanında sərnişinlər fasilə üçün avtobusdan düşəndə, Azərbaycan vətəndaşı ilə erməni arasında mübahisə yaranıb. Həmvətənimiz erməniyə Almaniyada terror təşkilatı və terrorçuların təbliğatının qanunla qadağan olunduğu deyən zaman, sonuncu onu ağır ifadələrlə təhqir edib.

Yaranan mübahisəyə polis qarışmalı olub. Ermənistan vətəndaşı avtobusdan düşürülərək polis məntəqəsinə aparılıb. Ona ölkə qanunları xatırladılıb, köynəyi dəyişdirilib və ilk dəfə üçün şifahi xəbərdarlıq edilib.

Eyni zamanda, onun Azərbaycan vətəndaşı ilə eyni avtobusda səyahət etməsinə icazə verilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!