Avtobuslara 10 nəfərdən artıq insan buraxılmır

saytların hazırlanması

Evə çatdırılma

Avtobuslara 10 nəfərdən artıq insan buraxılmır

Dünya

20 Mart 2020 16:32 1048


“Ukraynada karantin rejimi günü-gündən daha geniş tətbiq edilir.  Bütün aviareyslər təxirə salınıb, iaşə obyektləri fəaliyyətini dayandırıb. Bildiyim qədəri ilə Bakıda bu cür iaşə obyektləri 21:00-adək fəaliyyət göstərir amma bizdə ümumiyyətlə belə yerlər bağlıdır. Metrolar fəaliyyətini dayandırıb, avtobuslara isə 10 nəfərdən artıq insan buraxılmır".

Yenisabah.az xəbər verir ki, bu sözləri Ukrayna Azəırbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib. Qeyd edib ki, mağazalarda qida yetərincə olsa da apteklərdə maska, antiseptik əlcək çatışmazlığı var: "İnternet üzərindən bu kimi vasitələri satırlar amma onların da qiyməti çox bahadır. Təxliyə üçün 330-a yaxın azərbaycanlı konsulluğa müraciət edib. Təxliyə məsələsində öncəlik  əvvəlcədən bileti olan amma uçuşları təxirə salınan insanlara veriləcək. Yataqxanalarda qalan azərbaycanlı tələbələrlə də əlaqə saxlayırıq. Onların da təxliyyəsi baş tutacaq. Ölkədə virusa yoluxanların adları gizli saxlanılır amma bildiyimiz qədəri ilə onların arasında azərbaycanlı yoxdur”.

Hikmət Cavadov bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukraynada qalan tələbələrin sayını öyrənmək və onlarla daimi əlaqə qurmaq üçün Operativ qərargah yaradıb: pizza sifarişi

“Qərargaha Ukraynada çalışan azərbaycanlı həkimlər, iş adamları və fəal gənclər daxildir. Operativ qərargahın üzvləri, Kiyevin müxtəlif tələbə yataqxanalarında yaşayan azərbaycanlı tələbələrlə görüş keçirib, onların problem və ehtiyacları ilə maraqlanıb. Hazırda Ukraynada qalan azərbaycanlı tələbələrin dəqiq sayının müəyyənləşdirilməsi, eləcə də bütün tələbələrlə sıx əlaqə üçün qaynar xətt də yaradılıb. Ukraynanın bölgələrində də operativ qərargahlar yaradılır və bu qərargahlar tək tələbələrə deyil, karantin zamanı, müxtəlif səbəblərdən Ukraynanı tərk edə biməyən bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır”. (Modern.az)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!