Avtomobil beton dirəyə çırpıldı, sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil beton dirəyə çırpıldı, sürücü öldü

Hadisə

31 Avqust 2020 00:31 934


Beyləqanda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü həyatını itirib.

Yenisabah.az xəbər verir ki, hadisə zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibli Cəmil Eldar oğlu "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton dirəyə çırpılıb. C.Nəsibli ağır xəsarətlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!