Avtomobildən qızıl oğurlayan saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Avtomobildən qızıl oğurlayan saxlanıldı

Kriminal

09 Aprel 2019 16:04 841


Bakıda avtomobildən qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, aprelin 8-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 30-da axşam saatlarında M.Həsənov küçəsində “Jeep” markalı avtomobilindən 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Allahverdiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Toyuqlu pizza

Araşdırma aparılır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!