Avtomobilində qəfil vəfat edən vəzifəli şəxs KİMDİR? -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Avtomobilində qəfil vəfat edən vəzifəli şəxs KİMDİR? - DOSYE

Sosial

08 Yanvar 2026 14:27 3871


“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərovun meyiti yaşadığı binanın qarşısındakı şəxsi avtomobilində tapılıb. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

“Yeni Sabah” C.Səfərovla bağlı məlumatları təqdim edir:

Cəmil İldır oğlu Səfərov 23 oktyabr 1963-cü ildə Cəlilabad rayonu Gülməmmədli kəndində doğulub. 1981-ci ildə doğulduğu kənddə orta məktəbi bitirib. Həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə qəbul olub.  1986-cı ildə ali təhsilini başa vurub.  pizza

1986-da "Bakı Radioquraşdırma" İB-də əmək fəaliyyətinə başlayıb. 1987-də Su Geologiya Elmi Tədqiqat İnstitutunun aspirantura dərəcəsinə qəbul olub. 1991-də namizədlik dessertasiyasını müdafiə edib.

"Bakı Radioquraşdırma" İB-də müxtəlif vəzifələrdə çalışdıdan sonra 2002-2011-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi fəaliyyət göstərib.

2000-2004-cü illərdə Rusiya Federasiyası Kurs Dövlət Texniki Universitetində doktorantura təhsili alıb.

2005-ci ildən “Azəralüminium” Gəncə İstehsalat Kompleksinin direktoru vəzifəsində çalışırdı. 2017-ci ildən bu günə qədər Azərbaycan Texnologiya Universitetində elmi-pedaqoji fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin!

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elxan
    Allah rəhmət eləsin
    4 months ago