“Avtoşluq“ edən futbolçu “Qarabağ“ın heyətindən kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Avtoşluq“ edən futbolçu “Qarabağ“ın heyətindən kənarlaşdırıldı

İdman

19 Oktyabr 2019 14:47 1985


"Qarabağ"ın futbolçusu Araz Abdullayev Premyer Liqanın VIII turunda “Qəbələ” ilə matçın heyətinə daxil etməyib.

"Yeni Sabah" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün Qurban Qurbanov belə addım atıb.

Xatırladaq ki, Araz Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib. pizza sifarişi

Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!