Türkiyənin Adana şəhərində sərxoş sürücü ilə polis arasında qaçdı-tutdu olub.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, "avtoşluq" edən Caner D. adlı sürücü polisin “dayan” əmrinə tabe olmayıb. Ancaq o, polisdən cəmi 1 km qaça bilib.
Sonda yaxalanan Caner D.-yə 11 min 375 lirə ( təxminən, 2520 azn) cərimə yazılıb. Həmçinin onun sürücülük vəsiqəsi 2035-ci ilədək əlindən alınıb. pizza mizza
Bildirilib ki, Caner D. adlı "avtoş" artıq 4-cü dəfədir ki, içkili halda avtomobil idarə edərkən saxlanılır.
Sabrina Eldarqızı
Telegram kanalımız