“Axırıncı zəngində dedi ki, ata, ölümümü yüngül qarşıla” - Qəşəm Nəcəfzadə

saytların hazırlanması

Evə çatdırılma

“Axırıncı zəngində dedi ki, ata, ölümümü yüngül qarşıla” - Qəşəm Nəcəfzadə

Hadisə

19 Avqust 2020 02:18 1733


"Nə deyim... Oğlum, sənin üçün hər şey etdim. Amma qoruya bilmədim".

Yenisabah.az verir ki, bunu şair Qəşəm Nəcəfzadə bu gün polis tərəfindən saxlanılan oğlu Kəramət Böyükçöl haqqında deyib.

"Axırıncı zəngində mənə dedin ki, ata, ölümümü yüngül qarşıla. Buna hansı ata dözər? Sonra həbs olundun. Sağlamlığın və təhlükəsizliyin üçün bəlkə də, bunda da bir xeyir var. Türmə də vətəndir, oğlum, vətəni sev. Yolun açıq olsun!", - deyə Q.Nəcəfzadə əlavə edib. Dominos pizza

Qeyd edək ki, bir neçə gündür ard-arda sosial şəbəkə səhifəsində canlı yayım açan yazıçının bu gün də "Facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib. Polis əməkdaşları bildiriblər ki, məişət zəminində səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!