Axşam yağış yağacaq - Bu günün proqnozu

saytların hazırlanması

Evə çatdırılma

Axşam yağış yağacaq - Bu günün proqnozu

Sosial

13 May 2019 08:44 1119


Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək,  səhər bəzi yerlərdə duman olacaq. Axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz  25-27 dərəcə isti təşkil edəcək. pizza mizza

Atmosfer  təzyiqi  762 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.    

Azərbaycanın rayonlarında  bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!