Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimdən xəbər var.
“Yeni Sabah” xəbər verir ki, toy məclisinə yollanan Aqşin Fateh həmkarı ilə qarşılaşıb.
Məlumata görə, Vahid Qədim Rusiyada yaşayıb, sənətlə məşğul olur. Bildirilir ki, o, Rusiyada meyxanaları ilə məşhurdur, sevilir. pizza mizza
Qeyd edək ki, ötən il Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, Vahid Səfərovun (Qədim) BŞBPİ tərəfindən axtarışa verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Yayılan məlumatlarla bağlı qeyd etmək istəyirik ki, Vahid Səfərov paytaxt polisi tərəfindən deyil, Nizami Rayon İcra və Probasiya şöbəsindən daxil olan qərar əsasında, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxs kimi Xətai Rayon Polis İdarəsi tərəfindən axtarışa verilib. Ölkəyə qayıdacağı təqdirdə, saxlanılaraq adıçəkilən şöbəyə təhvil veriləcək".

Telegram kanalımız