“Kəpəz” klububun sabiq baş məşqçisi, icraçı direktoru Mehman Allahverdiyev maraqlı açıqlamalar verib.
“Yeni Sabah” xəbər verir ki, o, Yurçeviçi Qurbanovla müqayisə edib. Sabiq çalışdırıcı Yurçeviçə zaman verilməli olduğunu düşünən mütəxəssisləri sərt tənqid edib:
“Nazim də “Sumqayıt”da 2 oyun uduzan kimi onu qovdular. Məgər, bu, düzgündür? Qurban Qurbanov millidə işləyirdi. Bir az işləməmiş, nə oldu, Yurçeviçi gətirdilər. Ermənistan millisinin çalışdırıcısı qrupda 10 xal yığıb, istefa verib. Yurçeviç cəmi, 1 xal alıb indiyədək, amma heç onun vecinə də deyil. Bu, konkret biabırçılıqdır. İndi sabah da çıxıb gedəcək. Yurçeviç kimdi? Pulla vuruşan muzdlu əsgər. Dünyanın hər yerinə məşqçi gəlir, nəticə olmayanda deyir ki, qadan alım, məni bağışlayın, müqaviləmdən qalan pul da lazım deyil. Sonra da çıxıb gedir. Elə Obradoviçin özünü götürək, Gürcüstan gəldi, bizim meydanda üçün vurdu getdi. Bu dediklərim hələ elə-belə məsələlərdir. Qurban da millidə işləyərdi də, qardaş. Niyə yenə işləməsin? Bu gün “Qarabağ”la ən yaxşı nəticəni də verən odur. Millidə də işləyirdi də. Bu yaxınlarda hansısa futbol mütəxəsisi müsahibəsində demişdi ki, Yurçeviçə vaxt vermək lazımdır. Ay alçaq, niyə Qurbanın vaxtında demirdin ki, ona da vaxt vermək lazımdır”. (qol.az) Sezar pizza
Telegram kanalımız