Ayaz Mütəllibov Paşinyana cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Ayaz Mütəllibov Paşinyana cavab verdi

Siyasət

22 Noyabr 2019 05:22 1204


“Ermənistan baş nazirinin adımı tez-tez xatırlamağa başlaması məni heç narahat etmir. Ancaq Paşinyandan xahiş edirəm ki, yalançı təbliğatında ondan istifadə etməsin".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri virtualaz.org-a Ayaz Mütəllibov Ermənistan rəhbərinin, Azərbaycan eks-prezidentinin Xocalı faciəsində guya Azərbaycan müxalifətinin günahını etiraf etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

“Mən heç vaxt bunu deməmişəm. Əksinə, dəfələrlə bildirmişəm ki, o zaman baş verən hadisələr mənim əleyhdarlarım tərəfindən mənə qarşı istifadə edilib”, - deyə A.Mütəllibov bildirib. pizza

Eks-prezident Paşinyana ölkəsinin problemlərini həll etməyi, xalqların barışması üçün zəmin hazırlamağı və populizmlə məşğul olmamağı tövsiyə edib: “Eybi yox, olsun, Paşinyan hər gün yuxuya gedəndə, yuxudan oyananda da mənim adımı sayaqlasın, amma həqiqəti söyləsin. Bir daha təkrar edirəm: Xocalı faciəsi birbaşa Ermənistanın Azərbaycana təcavüzünün nəticəsidir”.

Xatırladaq ki, bir gün əvvəl  Nikol Paşinyan bəyan edib ki, Xocalı hadisələrində ermənilər deyil, Azərbaycan müxalifəti günahkardır. Bu zaman Ermənistan hökumətinin başçısı qeyd edib ki, guya bunu Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!