İranın Livandakı səfirliyi Yaxın Şərqdə "təhlükəli eskalasiya" barədə xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, səfirliyin X-də yaydığı yazıda qeyd olunur:
"Bu məzəmmət edilən cinayət təhlükəli eskalasiyanı ehtiva edir və oyunun qaydalarını dəyişdirir. İsrail müvafiq cəzanı alacaq". Marqarita pizza
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib ki, İsrailin "Hizbullah" qərargahına zərbəsi hərbi cinayətidir və buna görə həm İsrail, həm də ABŞ məsuliyyət daşımalıdır.
Bütün bunların fonunda İranın Ali dini lideri Xamnəi ölkənin Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.
Bu, İsrailin Livandakı "Hizbullah" qərargahına hücumundan sonra baş verib. Bəzi mənbələrə görə hücumun hədəfi Həsən Nəsrullah olub.
Telegram kanalımız