Aygün Kazımova bunun üçün 100 mindən çox pul xərcləyib

saytların hazırlanması

Evə çatdırılma

Aygün Kazımova bunun üçün 100 mindən çox pul xərcləyib

Şou

10 Mart 2025 14:23 925


Xalq artisti Aygün Kazımovanın həyatından bəhs edən "Etiraf" əsərinə xərclədiyi məbləğ ortaya çıxıb. 

Yenisabah.az xəbər verir ki, Pop kraliça klipin ərsəyə gəlməsinə 100 min manatdan çox ödəyib. Bu haqda aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Tarixin bir günü" verilişində deyib. 

O bildirib ki, Kazımova klipə böyük vəsait xərcləyib.  Toyuqlu pizza

"Neçə ildir bu layihə üzərində çalışıram. Dörd ildir bu orkestrin növbəsinə yazılmışdım. Düşündüm ki, hamı deyəcək nə gözəl klip, layihə. Amma insanların ağlaya-ağlaya mesaj yazacağını gözləmirdim. Ad günümdə təbriklərin 80 faizi göz yaşı ilə oldu. Hamı məni bu mahnının təsiri altında təbrik edirdi. 4 ssenari dəyişdi, sonda qərar verdik ki, bu olacaq" deyə, A.Kazımova bildirib. 

Qeyd edək ki, Pop kraliça "Etiraf"da 38 illik musiqi fəaliyyətində zirvəyə qalxma hekayəsini göstərib. Sözləri Nəriman Abbaszadə və İsmayıl Əsədov, musiqisi İsmayıl Əsədova məxsus olan mahnının ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. A.Kazımova bəstəni Nikoloz Raçveli və Gürcüstan Filormoniya Orkestrının müşayiəti ilə oxuyub./axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!