Ayı və canavarlar saxlayan restoran sahibi cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Ayı və canavarlar saxlayan restoran sahibi cərimələndi

Sosial

20 İyul 2020 19:41 809


Ağstafa rayonu “Yaşıl Göl” restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazırliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova “Yeni Sabah”a bildirib ki, “Yaşıl Göl” ailəvi istirahət mərkəzində iki ayı, iki canavar və iki meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub. Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.  

“Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək, bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir”, - deyə İ.İbrahimova qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!