Ayran demək olar ki, bütün yeməklərin yanında içilə bilən mükəmməl içkidir. Qatıq və suyun qarışığı olan ayran xüsusən türk süfrələrinin olmazsa olmazıdır.
Yayın istisində sərinlik gətirən, təzyiqi tarazlayan, pəhriz saxlayanların yağlarını yandıran ayranın bilinmədiyinin bir çox faydası var.
Yenisabah.az ayranın faydalarını təqdim edir: Toyuqlu pizza
1) Sizi uzun müddət tox saxlayır
Ayran süd məhsullarından olan qatıqla hazırlandığından qida dəyəri yüksək olan içkidir. Adətən, yeməklərlə birlikdə içilən ayran əslində qəlyanaltı olmasa belə, ən dadlı və doyumlu seçimdir. Tərkibindəki vitamin və minerallar sayəsində uzun müddət toxluq hissi verir.
2) Qan təzyiqini balanslaşdırır
Ayranın qan təzyiqini tənzimləmək kimi funksiyası da var. Ayran qan təzyiqini ideal dəyərə gətirir. O, xüsusən isti aylarda təzyiq xəstələrini xilas edən içki olaraq diqqət çəkir.
3) Həzmi rahatlaşdırır
Güclü probiotik olan ayran həzm problemlərinə qarşı da kömək edir. Yeməkdən sonra yaranan ağırlıq, həzmsizlik kimi problemləri ayranla həll edə bilərsiniz.
4) Bədənə Enerji verir
Zülal və vitaminlərlə zəngin olan ayranı içdiyiniz zaman ehtiyac duyduğunuz enerjini qarşılaya bilərsiniz. Turşu və kofeinli içkilərdən daha sağlam sayılan ayranla özünüzü dinamik bir günə hazırlamaq mümkündür.
5) Hüceyrələri bərpa edir
Toxuma zədələrini bərpa edən bu möcüzəvi içki hüceyrələrin yenilənməsində çox faydalıdır. Dərinin zədələnməsində tonik olaraq da istifadə edə biləcəyiniz ayran dərini daha sağlam göstərir.
6) Sümükləri gücləndirir
Kalsiumu ən yaxşı şəkildə ala biləcəyiniz ayran ilə əzələ və sümük inkişafı dəstəklənir. Bu baxımdan ayran həm uşaqlara, hım də yaşlılara tövsiyə olunur. İllər sonra osteoporoza qarşı tədbir görülməsi üçün körpəlikdən ayran içilməsinə əhəmiyyət verilməlidir.
7) Yuxu Tənzimləyicisi
Bədənə rahatlaşdırıcı təsir göstərən bir stəkan ayran yuxuya getməkdə çətinlik çəkən insanlara da kömək olur. O, bədən ağrılarını aradan qaldırır və daha rahat yatmağa imkan verir.
8) Mədəni təravətləndirir
Mədə problemi olan insanlar üçün qida siyahısı məhduddur. Ayran isə bu siyahıda ən sağlam içkidir.
Kofein və turşulara qarşı həssas olanlar ayran içərək mədələrini yüngülləşdirə bilərlər. Bir stəkan limonlu ayranla mədə yanmasından xilas ola bilərsiniz.
9) Protein mənbəyidir
Güclü skelet və immunitet sistemi üçün protein vacibdir.
Protein ala biləcəyiniz ən yaxşı seçimlərdən biri isə şübhəsiz ki, ayrandır. Ayran içməklə orqanizmin protein ehtiyacını rahatlıqla qarşılaya bilərsiniz.
10) Zehnin İnkişafını Dəstəkləyir
Ayranın tərkibində A, B, C, D və E vitaminləri var.
Tərkibində bol kalsium olduğu üçün zehni inkişafı da dəstəkləyir. Uşaqlara gündə 1 stəkan ayran içirmək onları daha ağıllı və dərslərində müvəffəqiyyətli edir. Bundan əlavə, hamiləlik dövründə ayran içməklə körpənin zehni inkişafına müsbət mənada dəstək ola bilərsiniz.
Telegram kanalımız