Aysun birinci əri ilə barışıb? - Özü açıqladı 

saytların hazırlanması

Evə çatdırılma

Aysun birinci əri ilə barışıb? - Özü açıqladı 

Şou

07 Aprel 2025 08:57 5567


Müğənni Aysun İsmayılova TikTok-da onun birinci həyat yoldaşı Eşqin Cəlilovla barışdığını iddia edən səhifələrə xəbərdarlıq edib.

Bu barədə o, İnstagramda paylaşım edib. Aysun deyib ki, yalan xəbər yayan səhifələri bağlatdıracaq:

"Tiktokda səhifələr açmış bəzi şərəfsizlər... Bu haqda danışmaq istəmirdim, komanda olaraq şikayətlərimizi göndərmişik, o səhifələrin hamısı bağlanacaq. Şükür etsinlər ki, polisə müraciət etməmişəm. pizza mizza

Bu videonu ona görə çəkdim ki, bütün ətrafım mənə zəng edir, deyirlər ki, bu xəbər doğrudurmu? Bir-bir deməkdən yoruldum.

İki dünya bir olsa da, o xəbərlər heç vaxt doğru olmayacaq. Heç bir barışıq olmayacaq. Həyatımdan çıxardığım insanları heç vaxt geri qaytarmıram, keçmişə baxmıram, yalnız gələcəyə baxıram. Bu söhbətlər bağlansın, o səhifələr onsuz da bağlanacaq". (Bizim.Media)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!