Aysun üzük taxaraq paylaşım etdi -   Evlilik xəbərlərini ÖZÜ CAVABLADI

saytların hazırlanması

Evə çatdırılma

Aysun üzük taxaraq paylaşım etdi - Evlilik xəbərlərini ÖZÜ CAVABLADI

Şou

04 Aprel 2025 12:31 693


Müğənni Aysun İsmayılovanın sosial şəbəkə hesabında etdiyi paylaşım növbəti dəfə söz-söhbətə səbəb olub.

Yenisabah.az xəbər verir ki, ifaçı sol əlinin adsız barmağına üzük taxaraq gül buketinin fonunda video çəkib. Həmin videonu izləyiciləri ilə bölüşən Aysun bu hərəkəti ilə çaşqınlıq yaradıb. Fanatları onun evlilik təklifi aldığını iddia edib.

Qalmaqal yaradan videosu ilə gündəmə gələn Aysun İsmayılova çox keçmədən yeni bir paylaşımı ilə diqqətləri üzərinə çəkib. O, paylaşımlarını yozanlara sözün əsl mənasında od püskürüb: pizza mizza

“Çox xahiş edirəm hər paylaşımımı yozub fərqli başlıqlar yazıb paylaşmayın. Bu “Tiktok” səhifələrinə də aiddir! Zatən bir neçə səhifə şikayətimiz əsasında silinib. Sonra səhifənizə şikayət atıb sildirəndə bütün ortaq dostlarımıza çıxırsız ki, şikayəti götürək. Bundan sonra heç bir şikayəti kim yığır-yığsın geri çəkməyəcəm.

Mənimlə bağlı sadəcə işimi paylaşın. Nə keçmişimlə, nə gələcəyimlə bağlı heç bir paylaşım görmək istəmirəm Belə şeylərə görə dostluqlarımı da bitirmək istəmirəm. 

Hər paylaşımı kimlərəsə ünvanlamaq və ya başqa yerlərə yozmaq lazım deyil. Bayramlaşa da bilərəm, hədiyyələşə də bilərəm. Mənə hədiyyə də gələ bilər. Sizə hesab verməliyəm? 

Sizə kim dedi ki, mənə üzük gəlib? Barmağımda üzük var deyədir bu düşüncə? Nə edək? Bundan sonra üzük taxmayaq ki, millət yazacaq? Çox maraqlıdırsa, deyim, üzük də hədiyyə idi, amma indi verilməyib. Bəsdir də!”

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!