“Azadlıq”da bina yanır -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Azadlıq”da bina yanır - FOTO

Hadisə

19 May 2025 10:47 916


"11 saylı notariusun yanında yanğın başladı. 5 dəqiqə əvvəl".

Yenisabah.az xəbər verir ki, bunu "facebook" hesabında hüquqşünas Əkrəm Həsənov bildirib.

O qeyd edib: "Düz 10 il əvvəl yazmışdım bu statusu. Hadisə yerindən ilk videoları da mən çəkib paylaşmışdım. Həmin anda həyatımın (hələlik) ən acı gününü yaşadığımı, hansı faciənin canlı şahidi olduğumu hələ başa düşməmişdim. Bunun üçün cəmi 10 dəqiqə kifayət etdi: bina tam alışdı! Allah həmin binada həlak olan vətəndaşlarımıza rəhmət eləsin!" pizza sifarişi

Xatırladaq ki, 11 saylı notarius Azadlıq prospektində, 16 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Həmin ünvanda2015-ci il mayın 19-da böyük yanğın baş vermişdi.

Səhər saatlarında (10:30) baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş poliuretan üzlüklər göstərilir.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!