AZAL transseksual sərnişinə görə 3 işçisini qovdu

saytların hazırlanması

Evə çatdırılma

AZAL transseksual sərnişinə görə 3 işçisini qovdu

Sosial

27 May 2019 11:55 1509


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. Hər 3 əməkdaş dərhal işdən azad olunub.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı məlumatı AZAL yayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb.  Sezar pizza

Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib.

AZAL-ın məlumatında qeyd edilib ki, bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub. 

QSC fotosu yayılan sərnişindən və Azərbaycan cəmiyyətindən üzr istəyib: "Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik. Sözügedən məsələni ictimailəşdirdiyinə və haqqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk".

Xatırladaq ki, AZAL-ın sabiq əməkdaşları transgenderlərin məlumatlarını yaymışdı. Nazilə Muradova adlı şəxs özünü AZAL-ın əməkdaşı kimi təqdim edərək facebook hesabında transgender şəxsə məxsus pasportun şəklini paylaşmışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!