AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı

İqtisadiyyat

11 Avqust 2020 07:48 5825


Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib.

“Yeni Sabah” xəbər verir ki, təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan biri də AZAL-dır.

Mənbənin verdiyi xəbərə görə, şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də var. Dominos pizza

Məlumat üçün qeyd edək ki, Elxan Orucov Cahangir Əsgərovun təhlükəsizlik üzrə müşaviri və AZAL Oil-un direktoru Fəxrəddin Qazibəyovun köməkliyi ilə 2013-cü ildə bu vəzifəyə təyin olunub.

Bundan başqa, şirkətin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilıməsi ilə bağlı ərizəsi alınıb./Olaylar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!