AZAL yeni təyyarələr almaq üçün danışıqlar aparır

saytların hazırlanması

Evə çatdırılma

AZAL yeni təyyarələr almaq üçün danışıqlar aparır

Sosial

03 İyun 2019 15:13 1279


“Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair “Boeing” korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir.

AZAL-dan “Yeni Sabah”a verilən məlumata görə, imzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.⠀⠀

Müqavilə üzrə ilkin ödənişlər artıq olunub. Bu ödənişlər 2024-cü ildə “Boeing” korporasiyası tərəfindən nəzərə alınacaq.⠀ Dördpendirli pizza

Onu da qeyd edək ki, hal-hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün “Boeing” şirkəti ilə danışıqlar aparılır.⠀⠀

Hələlik isə “Azərbaycan Hava Yolları” mövcud təyyarə parkından aktiv istifadə edəcək.⠀⠀

“Azərbaycan Hava Yolları” dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!