Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə “Sabahın xeyir Azərbaycan!” verilişində qonaq olub.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, son günlər teatrda aktyorlarla özü arasında baş verən mübahisələrə üstüörtülü münasibət bildirib:
“Zaman çox dəyişir. Sosial şəbəkələr, dırnaq içində olan demokratik özbaşnalıqlar. Hər kəs öz fikrini səsləndirə bilir və heç kim məsuliyyət daşımadan hansısa ünvana hansısa sözlər deyə bilir. Normal, olsun... Yetər ki, bu əxlaqdan kənar olmasın. Amma mübahisələr hər zaman olmalıdır. Yenilik özü ilə gələndə çör-çöpü aparır, yerində isə gözəl olan qalır. Yaradıcı mübahisələr məşq prosesində olur amma obirisilər başqa şeydə”. Sezar pizza
M. Ələkbərzadə əlavə edib: “Bu saat narahat dövrümdür. Hazırda çox önəmli tamaşa üzərində çalışıram. Buna görə beynimin hər hüceyrəsi bu saat o işlə çalışır. Bu saat “istirahət” sözü qətiyyən yerində deyil”.
Telegram kanalımız