“Azenko”nun direktoru yol qəzasında öldü - Video

saytların hazırlanması

Evə çatdırılma

“Azenko”nun direktoru yol qəzasında öldü - Video

Hadisə

28 İyul 2020 11:05 691


Abşeron rayonunun Qobustan kəndi ərazisində “Nissan” markalı minik avtomobili yol kənarına aşıb. 

Yenisabah.az xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

APA-nın məlumatına görə, həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur. Zəkəriyyə Poladov “Azenko” MMC-nin direktorudur. pizza sifarişi

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!