“İlqar Məmmədov ReAL-ı Kommunist Partiyasına çevirmək istəyir” -   İstefa verən Azər Qasımlı

saytların hazırlanması

Evə çatdırılma

“İlqar Məmmədov ReAL-ı Kommunist Partiyasına çevirmək istəyir” - İstefa verən Azər Qasımlı

Siyasət

06 Noyabr 2019 08:51 1531


“Partiyada idarəetmədə kollektiv qərar vermək son 6 ayda daha da zəifləyib. İlqar Məmmədov bizim qurduğumuz yerli təşkilatları dağıdıb məhv etmək istəyir. O, İdarə Heyətinin son iclasında dəyişiklik və islahat etmək lazım olduğunu dedi. İlqar Məmmədovun təklifləri ReAl-ı Kommunist Partiyasına çevirəcək, təkhakimiyyətlilik yaradacaq. Hətta 90-cı illərdə yaranmış partiyalarda belə biabırçı vəziyyət yoxdur. İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur”.

Bunu bu gün keçirdiyi mətbuat konfransında ReAL-ın sabiq Məclis sədri Azər Qasımlı deyib.

*** Pepperoni pizza

Respublikaçı Alternativ Partiyasının (ReAL) Məclis sədri Azər Qasımlı partiyadan istefa verib.

Yeni Sabah xəbər verir ki, o, istefa qərarını bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

Qeyd edək ki, ReAL-ın sədri bir neçə gün əvvəl partiyanın yenidən qurulması ilə bağlı təkliflərini açıqlamışdı. O bildirmişdi ki, partiyanın İdarə Heyəti istefaya göndərilmiş və partiyanın qurultaya gedəcəyi bəyan edilmişdi. Azər Qasımlı isə İlqar Məmmədovun təklifləri ilə razılaşmadığına görə istefa vermək qərarına gəlib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!