Azər üçüncü dəfə evlənir - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azər üçüncü dəfə evlənir - Foto

Şou

21 Noyabr 2019 08:15 1606


Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur.

"Yeni Sabah" bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu dəfə İlahə adlı xanımla nikah bağlayır.

Bir müddətdir sevgili olan cütlük münasibətini rəsmiləşdirmək qərarına gəlib. Toy noyabrın 21-də Bakıda restoranların birində baş tutacaq.   Dominos pizza

Maraqlısı odur ki, Azər ikinci evliliyinin bitməsi xəbərini mətbuatdan gizlətsə də, bu barədə məlumat ötən ilin mayında ortaya çıxmışdı. O, 2016-ci ildə ailə qurduğu Nəcibə adlı xanımla yollarını ayırmışdı. İddia olunur ki, 2-ci boşanmaya səbəb cütlüyün övladının olmamasıdır. 

Bundan əlavə, A. İsmayılov növbəti nikahından Uğur adlı oğlunun olduğunu sosial şəbəkədə qeyd etsə də, daha sonra uşağın aparıcının öz övladı yox, bacısının oğlu olduğu ortaya çıxmışdı. 

Xatırladaq ki, Azərin birinci evliliyi aparıcı Vüsalə Əlizadə ilə olub. Cütlük 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!